“Fitch” Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını gözləyir

Hit: 620
“Fitch” Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafını gözləyir

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycan iqtisadiyyatının artımını 3,7%, 2020-ci ildə isə 3,5% səviyyəsində proqnozlaşdırır.

Bu barədə agentliyin Azərbaycan üzrə hesabatında deyilir.

“Fitch” agentliyi Azərbaycanın emitentin xarici valyutada uzunmüddətli reytinqini sabit proqnozla “BB+” səviyyəsində təsdiq edib.

“Fitch” reytinqini əsaslandırarkən dövlət borcunun (2018-ci ildə ÜDM-nin 18,7 faizi) bənzər reytinqli digər dövlətlərlə (orta hesabla ÜDM-nin 44 faizi) müqayisədə aşağı səviyyədə olduğunu bildirir.  

Agentliyin analitiklərinin məlumatına əsasən, neftin yüksək qiymətləri, sağlam qeyri-neft ixracı 2018-ci ildə ölkənin cari əməliyyatlar hesabının profisitini ÜDM-nin 12,9 faizi səviyyəsində təmin etməyə imkan verib. Analoji reytinqi olan ölkələrdə bu göstərici ÜDM-nin 3,2 faizini təşkil edir.

Agentlik qeyd edir ki, 2018-ci ildə qeyri-neft sektoru 1,8 faiz, neft-qaz sahəsi isə 0,7 faiz inkişaf edib, bu da qaz hasilatının 5,6 faiz artmasına xidmət edib. “Fitch” qaz hasilatının artması və dövlətin istehlakı yüksəltməyə imkan verəcək sosial tədbirləri sayəsində ölkədə iqtisadi artımın sürətlənməsini gözləyir.

Agentlik ölkədə milli valyutanın sabit məzənnəsini vurğulayır və diqqətə çatdırır ki, Azərbaycanda sosial və siyasi sabitlik davam edəcək.









Redaktorun seçimi