Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

Hit: 265
Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

Ölkədə fəaliyyət göstərən sənaye parklarında yeni istahsal sahələrinin yaradılması, rəqabətqabiliyyətli, idxalı əvəz edən və ixracyönümlü istehsalın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, sənaye sahəsində məşğulluğun artırılması, daha çox investisiyanın cəlb olunması istiqamətində sistemli və ardıcıl işlər aparılır.

Bu işlərin davamı olaraq, Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Galenka Azərbaycan” MMC qeydiyyata alınıb və Sənaye Parkının rezidentlərinin sayı 19-a çatıb.

“Galenka Azərbaycan” MMC tərəfindən ABŞ, Hindistan, Çin, Almaniya və Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə heyvandarlıq və quşçuluq sahəsində istifadə olunan baytarlıq preparatları, yem qatqı məhsulları, vitaminlər, dezinfeksiya, dezinseksiya və deratizasiya vasitələri istehsal edəcək zavod inşa olunacaqdır. Layihənin investisiya dəyəri 20 mln. manata yaxındır.

İstehsal olunacaq məhsullar daxili bazarın təlabatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə bir sıra xarici ölkələrə də ixrac ediləcək.

Müəssisədə  40-dək daimi iş yeri yaradılacaqdır.

 









Redaktorun seçimi