İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər

Hit: 327
İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov 19 iyul 2019-cu il tarixində, saat 11:00-dan etibarən Qusarda (ünvan: Qusar şəhəri, Mirzə Vəliyev küçəsi, Heydər Əliyev Mərkəzi) Qusar rayonundan olan vətəndaşları qəbul edəcək.

Həmin gün nazir müavini Sahib Məmmədov isə Xaçmazda (ünvan: Xaçmaz şəhəri, Bakı prospekti, 45, İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi) saat 11:00-dan başlayaraq Xaçmaz rayonundan olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin [email protected] elektron poçt ünvanı və (012) 493-14-56, (012) 310-28-00 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Quba-Xaçmaz regional bölməsi (əlaqələndirici şəxs Mətləb Cəfərov, əlaqə telefonu: (023) 326-83-16, (050) 235-01-50, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və facebook vasitəsilə də qəbula yazıla bilərlər.









Redaktorun seçimi