Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi artıb

Hit: 233
Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 3.228,1 manat təşkil edib.

Faktor.az Trend-ə istinadən bildirir ki, Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunur ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Belə ki, 2018-ci ilin ilk yarısında ölkədə adambaşına düşən ÜDM-in artım tempi əvvəlki ilin eyni dövrünə nisbətən cəmi 0,4 faiz təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda 37,8 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz çox ÜDM istehsal edilib.









Redaktorun seçimi