“KOB könüllüləri” sahibkarları məlumatlandırır

Hit: 312
“KOB könüllüləri” sahibkarları məlumatlandırır

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB” könüllüləri Qəbələ rayonunun Vəndam qəsəbəsində mikro və kiçik sahibkarlar, fermerlərlə görüşdə Agentliyin fəaliyyət istiqamətləri, göstərdiyi xidmətlər və onlardan istifadə imkanları barədə məlumat veriblər.

İctimai-iaşə obyektləri, tikiş sexləri, mebel və inşaat materialları mağazalarında, fərdi təsərrüfatlarda olan və maarifləndirici bukletlər paylayan “KOB könüllüləri” bildiriblər ki, sahibkarlar biznesin qurulması və inkişafı, hüquq və mənafelərinin müdafiəsi, özünüməşğulluq proqramına qoşulmaq kimi məsələlərlə bağlı Qəbələ-Oğuz “KOB Dostu”na müraciət edə bilərlər. 

Vəndam qəsəbəsində keçirilən görüşlər burada fəaliyyət göstərən  sahibkarlar və vətəndaşlar tərəfindən maraqla qarşılanıb.

Agentliyin digər şəhər və rayonlarında fəaliyyət göstərən “KOB könüllüləri” tərəfindən sahibkarlarla görüşləri iyul-avqust ayları ərzində davam etdiriləcəkdir.









Redaktorun seçimi