Bərdəli fermerin məhsulunun ixracına dəstək göstərilib - VİDEO

Hit: 297
Bərdəli fermerin məhsulunun ixracına dəstək göstərilib - VİDEO

Dövlət Aqrar Ticarət Şirkətinin əsas məqsədi ölkədə fəaliyyət göstərən kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi məhsulların satışına dəstək göstərmək, bütövlükdə ölkədə kənd təsərrüfatının inkişafına və fermerlərin sosial rifahının yaxşılaşdırılmasına töhfə verməkdən ibarətdir.

Bu məqsədlə Şirkətimiz mütəmadi olaraq "Kənddən Şəhərə" satış yarmarkalarını təşkil edir, paytaxtın Nizami küçəsi 154B ünvanında eyniadlı satış mərkəzi də fəaliyyət göstərir. Satış mərkəzində kiçik və orta fermer təsərrüfatlarında yetişdirilmiş kənd məhsullarının, eləcə də yerli qida istehsalçılarının məhsullarının satışı həyata keçirilir. 

Mütəmadi olaraq yerli fermerlərdən məhsul alışı, yerli məhsulların xarici bazara çıxarılmasında fermerlərə dəstək göstərən Şirkətimiz növbəti ixrac əməliyyatını gerçəkləşdirib. Belə ki, Bərdə rayonu Otuzikilər kənd sakini Fizuli İmanquliyev öz sahəsində soğan əkini ilə məşğuldur. Bizə müraciət edərək yetişdirdiyi 51 ton soğan məhsulunun qonşu Gürcüstana ixracını həyata keçirən fermerimizə ödəniş "Fermer kartı" vasitəsilə edilib. 

Əziz fermerlər, siz də Dövlət Aqrar Ticarət Şirkəti ilə əməkdaşlıq edərək məhsullarınızı rahat şəkildə sata və öz təsərrüfatınızı böyüdə bilərsiniz.









Redaktorun seçimi