Azərbaycanda hüquqi və fiziki şəxslər məsafədən bank hesabı aça biləcəklər

39 dəfə oxunub
Azərbaycanda hüquqi və fiziki şəxslər məsafədən bank hesabı aça biləcəklər

Azərbaycanda hüquqi və fiziki şəxslər məsafədən bank hesabı aça biləcəklər.

Maliyyə Bazarlarına Nəzarət Palatasından APA-Economics-ə verilən məlumata görə, bu prosesin rəqəmsallaşması istiqamətində uzun müddətdir ki tədbirlər həyata keçirilir. “Müvafiq platforma artıq hazırlanıb. Hazırda sənədləşmənin, notarial təsdiq məsələlərin minimallaşması, həmçinin məsafədən hesabların açılması ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsinə dair təşəbbüslər var və bu təşəbbüslər qısa müddət ərzində öz təsdiqini tapacaq. Bu isə həm biznes, həm də fiziki şəxslər üçün məsafədən minimum sənəd tələbi ilə bank hesabların açılmasına imkan yaradacaq”, - deyə Palatadan qeyd ediblər.



Redaktorun seçimi