Kənd təsərrüfatı texnikaları vergidən azad ediləcək

Hit: 285
Kənd təsərrüfatı texnikaları vergidən azad ediləcək

Kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışının vergidən azad edilməsi təklif olunur.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişikliklər edilir. Layihə parlamentin bu gün keçirilən İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin iclasında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev məlumat verib. Bildirilib ki, Vergilər Məcəlləsinin 164-cü maddəsi kənd təsərrüfatı sahəsində bir sıra malların, məhsulların ƏDV-dən azad olunmasını nəzərdə tutur. Məcəllənin 164.1.34-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı, satışı ƏDV-dən azad edilib.

 

ƏDV-dən azad olma qeyd olunan qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ilə yanaşı, onların istehsalına da tətbiq ediləcək. Eyni zamanda, təsdiq edilmiş siyahı üzrə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin idxalı və satışı da ƏDV-dən azad ediləcək. Deputat Vahid Əhmədov da çıxışında kənd təsərrüfatı texnikalarının əlavə ehtiyat hissələrinin niyə ölkədə istehsal edilməməsinə etiraz edib. O, çıxışında daxili bazarın qorunmasının vacibliyinə toxunaraq öz zavodlarımızda ehtiyat hissələrinin istehsalının labüd olmasını vurğulayıb.









Redaktorun seçimi