Azərbaycanda mobil rabitə sektorunun gəliri azalıb

Hit: 292
Azərbaycanda mobil rabitə sektorunun gəliri azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 344,7 mln. manat təşkil edib.

Faktor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4% azalıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,9%-ni təşkil edib.

Komitədən həmçinin bildirilib ki, cari ilin 5 ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 822,7 mln. manatlıq xidmət göstərilib ki, onun da 72%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 14,9% artıb. Bu sahədə əldə olunan gəlirin 82,7%-i qeyri-dövlət sektorunun payına düşüb.









Redaktorun seçimi