Bayramdan sonra ölkədə qızıl-gümüş bahalaşdı

49 dəfə oxunub
Bayramdan sonra ölkədə qızıl-gümüş bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Faktor.az Trend-ə istinadən bildirir ki, iyunun 7-də qızılın qiyməti iyunun 4-ü ilə müqayisədə 16,677 manat artaraq 1 unsiya üçün 2265,93 manat təşkil edib.

Gümüş 0,2399 manat bahalaşaraq 1 unsiya üçün 25,303 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 25,211 manat azalaraq 1368,4065 manat, palladiumun qiyməti isə 46,886 manat artaraq 2299,947 manat təşkil edib.

Ad

07.06.2019

04.06.2019

Qızıl

XAU

2265.93

2249.253

Gümüş

XAG

25.303

25.0631

Platin

XPT

1368.4065

1393.6175

Palladium

XPD

2299.947

2253.061

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.



Redaktorun seçimi