Mərkəzi Bankdan neftin qiyməti ilə bağlı PROQNOZ

78 dəfə oxunub
Mərkəzi Bankdan neftin qiyməti ilə bağlı PROQNOZ

Neftin may ayından başlayan ucuzlaşmasının davamlı xarakter alması iqtisadi gözləntilərə neqativ təsir edə bilər.

Faktor.az xəbər verir ki, bu barədə Trend-ə Mərkəzi Bankdan (MB) məlumat verilib.

MB-dan qeyd edilib ki, digər xarici risk mənbəyi dünya ərzaq bazarlarında bahalaşmanın davam etməsi və potensial inflyasiya idxalıdır. Ticarət tərəfdaşı ölkələrinin maliyyə bazarlarında qeyri-sabitlik riski isə nisbətən azalıb ki, bu da qabaqcıl ölkələrdə monetar siyasətin daha da sərtləşməsi gözləntilərinin azalması ilə izah edilir.

Daxili risk amillərinin reallaşması sosial xarakterli fiskal stimullar və maliyyə sektoru ilə bağlı qərarların istehlak bazarına və monetar sektora təsirinin miqyasından asılı olacaq:

"Son aylarda müşahidə edilən proseslər bu təsirlərin zaman üzrə yayıldığını göstərir. Qeyd olunan faktorların inflyasiyaya ötürücülüyü dərəcəsi tam olaraq ilin sonuna formalaşacaq".

Qeyd edək ki, neftin qiyməti ilin əvvəlindən 24% yüksəlib.



Redaktorun seçimi