Türkiyə Azərbaycan neftinin idxalını azaldıb

Hit: 317
Türkiyə Azərbaycan neftinin idxalını azaldıb
Türkiyə Azərbaycandan idxal etdiyi neftin həcmini azaldıb. Bu ilin mart ayında Türkiyə Azərbaycandan 15,87 min ton xam neft idxal edib ki, bu da cari ilin fevral ayı ilə müqayisədə 8,1 dəfə azdır.
 
Faktor.az Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, 2018-ci ilin yanvar-mart aylarında Türkiyə Azərbaycandan neft idxal etməyib.
 
EPDK-nın məlumatına əsasən, 2019-cu ilin yanvar-mart aylarında Türkiyə Azərbaycandan 223 min tona yaxın neft idxal edib.
 








Redaktorun seçimi