Azərbaycan dövlət strukturları tərəfindən kibertəhlükəsizliklə bağlı edilən sorğuların sayı azalıb

49 dəfə oxunub
Azərbaycan dövlət strukturları tərəfindən kibertəhlükəsizliklə bağlı edilən sorğuların sayı azalıb

Bu ilin may ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılmış sorğuların sayı aprel ayı ilə müqayisədə 4,4% azalaraq 346 ədəd təşkil edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, may ayı ərzində mərkəzə daxil olan sorğulardan 94%-nə baxılıb və təmin edilib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 28 hesabat təqdim edilib.

Mərkəzdən verilən məlumata əsasən, cari ilin may ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 5 domen və 3 subdomen qeydiyyatdan keçib.

Ümumilikdə, cari ilin 5 ayının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 1607 təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğunun 94,3%-i baxılıb və təmin edilib. Bu müddət ərzində aparılan informasiya təhlükəsizliyinin yoxlanışı əsasında 101 hesabat hazırlanaraq müvafiq strukturlara göndərilib. Yanvar-may ayları ərzində Azərbaycanın internet seqmentində 22 domen və 36 subdomen qeydiyyata alınıb.



Redaktorun seçimi