Yevlax dəmir yolu qovşağında mülki müdafiə təlimi keçirilib

Hit: 414
Yevlax dəmir yolu qovşağında mülki müdafiə təlimi keçirilib

"Azərbaycan Dəmir Yolları" QSC-nin 2019-cu il üçün mülki müdafiə tədbirlər planına müvafiq olaraq, Yevlax dəmir yolu stansiyasının  ərazisində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi" mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib.

QSC-dən verilən məlumata görə, təlimlə əlaqədar olaraq, Yevlax dəmir yolu mülki müdafiə qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələrinin şəxsi heyəti, stansiya ərazisində yerləşən qeyri-dəmir yolu müəssisələrinin işçiləri təlimə cəlb olunub.

Təlimin keçirilməsində  əsas məqsəd fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin mülki müdafiə planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi idi.

"Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyinin nəzarəti ilə təşkil olunan və həyata keçirilən təlimdə qovşağın obyekt rəhbərləri və Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələri iştirak ediblər.









Redaktorun seçimi