BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib

Hit: 256
BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən  verilən məlumata görə, AMB-nin 50100476S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiyməti 99,4773 AZN (6,76%) olan 27 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 785 592 500 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4773 AZN (6,76%), orta ölçülmüş qiyməti 99,4773 AZN (6,76%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 19.06.2019.









Redaktorun seçimi