Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

30 dəfə oxunub
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Bu ilin yanvar-aprel aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1% artaraq 2659,5 milyon manat təşkil edib. 
Faktor.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1950,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,3%-ni təşkil edib. Cari ilin dörd ayı ərzində hər bir ölkə sakini orta hesabla 269,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 9,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.



Redaktorun seçimi