Azərbaycanda neft məhsullarının istehsalı azalıb

Hit: 272
Azərbaycanda neft məhsullarının istehsalı azalıb
Bu ilin yanvar-aprel aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1019,1 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4% azalıb.
Faktor.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən dövr ərzində neft məhsullarından avtomobil benzininin istehsalı 4% azalıb, yanacaq mazutunun, dizel yanacağının, ağ neftin, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı artıb.
 
Neft məhsullarının istehsalı sahəsində əsas məhsul növlərinin buraxılışı:
 
 
Məhsul növləri
 
2019-cu ilin yanvar-aprel aylarında istehsal edilib
 
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
 
Avtomobil benzini, min ton
 
397,7
 
96,0
 
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton
 
104,2
 
141,8
 
Ağ neft, min ton
 
196,5
 
102,6
 
Dizel yanacağı, min ton
 
682,0
 
102,1
 
Yanacaq mazutu, min ton
 
25,7
 
109,4
 
Sürtkü yağları, min ton
 
5,4
 
30,0
 
Neft bitumu, min ton
 
49,2
 
57,8
 
Neft koksu, min ton
 
81,8
 
92,8








Redaktorun seçimi