Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi 30% artıb

Hit: 207
Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi 30% artıb

Bu ilin yanvar-aprel ayarı ərzində Azərbaycanla Avropa İttifaqı ölkələri arasında aparılan ticarət dövriyyəsinin həcmi 4 789 056,47 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur.

Hesabat dövründə Azərbaycandan Avropa İttifaqı ölkələrinə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 36,7% artaraq 4 019 722,87 min dollar, idxal isə 3,4% artaraq 769 333,60 min dollar təşkil edib.

Cari ilin yanvar-aprel aylarında 3 250 389,27 min dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 48% çoxdur.









Redaktorun seçimi