Azərbaycanda banklara "Azərpoçt"la agent qismində işləmək təklif edilib

Hit: 345
Azərbaycanda banklara "Azərpoçt"la agent qismində işləmək təklif edilib

"Azərbaycanda 100 min nəfərə 7 bank şöbəsi düşür. Bu, çox aşağı göstəricidir". Bunu bu gün Beynəlxalq Maliyyə Korporasiyasının eksperti Saçin Bansal “Maliyyə və Texnologiyalar Sammiti”ndə (“Fintex Summit”) bildirib.

S. Bansal deyib ki, bu baxımdan agent bankçılıq təcrübəsindən istifadə etmək lazımdır. Beynəlxalq Maliyyə Korporasiyasının eksperti bu sırada bankların poçt şöbələrinin xidmətindən istifadə etməsini misal çəkib: "Bir sıra Asiya və Afrika ölkələrində banklar poçtlardan agent bankçılıqda bir vasitə kimi istifadə edirlər".

Ş. Bansal Azərbaycan banklarına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki Azərpoçt MMC ilə bank agenti kimi əməkdaşlıq etməyi təklif edib: Hər 100 min nəfərə 7 bank şöbəsi düşürsə, ucqar yaşayış qəsəbələrində yaşayanlar üçün bank xidmətlərindən istifadə çətin olur. "Azərpoçt" yaxşı agent ola bilər. Bankın agenti kimi çıxış etsə, "Azərpoçt" kredit verə bilər. Bu, “Azərpoçt” üçün də əlavə gəlir olacaq. Bu baxımdan bankla “Azərpoçt”la işləsə, daha effektiv fəaliyyət göstərə bilərlər".









Redaktorun seçimi