BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq istiqrazları yerləşdirilib

Hit: 292
BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq istiqrazları yerləşdirilib

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0104005746 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən  verilən məlumata görə, hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 90,9544 AZN (10%) və 93,8405 AZN (6,6%) olan 26 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93,1450 AZN (7,4%), orta ölçülmüş qiyməti isə 93,1998 AZN (7,3365%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 75 228 500 AZN, yerləşdirilmiş həcmi isə 25 mln. AZN təşkil edib.

İstiqrazların ödəmə tarixi 12.05.2020-ci il.

Hərrac iştirakçıları 15 may 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.









Redaktorun seçimi