Metal pullarınızı kağız pula çevirmək istəyrisiniz?- Diqqət, xərcə düşə bilərsiniz!

Hit: 2312
Metal pullarınızı kağız pula çevirmək istəyrisiniz?- Diqqət, xərcə düşə bilərsiniz!

Bəzən vətəndaşlar sahib olduqları metal pulları kağız pullarla əvəzləmək, yaxud əksinə, iri pulları xırdalamaq kimi zərurətlə üzləşirlər. Bəzi hallarda banklar buna görə vətəndaşdan müəyyən məbləğdə rüsum tutur ki, bu da insanlarda çaşqınlıq və narazılıq yaradır.

Bəs bank ilk baxışdan “adi və xərcsiz” əməliyyat kimi diqqət çəkən bu xidmətə görə rüsum tuta bilərmi? Qanun banklara belə bir səlahiyyət verirmi?

Moderator.az-a açıqlama verən bank-maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov bankın buna görə rüsum tutmasında heç bir qeyri-qanuni nüansın olmadığını vurğuladı:

“Məsələ ondadır ki, qanunda buna görə rüsum nəzərdə tutulmayıb. Lakin belə bir rüsumun tutulması qadağan da edilməyib. Əslində heç bir bankın metal pulu kağız pulla əvəzləmək kimi bir vəzifəsi yoxdur. Və ya bankın belə bir vəzifəsi yoxdur ki, vətəndaşlar üçün pul xırdalasın və ya bütövlətsin. Bankın bunu etmək kimi bir öhdəliyi yoxdur. Amma bank bunu edirsə, qanun buna görə rüsum almağı yasaqlamır. Bank buna vaxt itirir, işçi qüvvəsi ayırır və s. Buna görə də həmin xidmətə görə rüsum tutulur. Yəni bankların bu xidmətə görə rüsum tutmağa ixtiyarları var”.









Redaktorun seçimi