Azərbaycanda qaz abonentlərinin sayı açıqlanıb

123 dəfə oxunub
Azərbaycanda qaz abonentlərinin sayı açıqlanıb

Bu ilin yanvar-aprel aylarında "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 38 062 yeni abonent qeydiyyata alınmışdır ki, bunun da 18 262-i Bakı, Abşeron və Sumqayıt, 19 800-ü isə regionların payına düşür.

Faktor.az xəbər verir ki, "Azəriqaz"dan ONA-ya verilən məlumata əsasən, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 222 316-ya çatıb.

Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.



Redaktorun seçimi