Türkiyə şirkəti Azərbaycana zirehli maşınlar ixrac edəcək

34 dəfə oxunub
Türkiyə şirkəti Azərbaycana zirehli maşınlar ixrac edəcək

Türkiyənin BMC şirkəti Azərbaycana zirehli maşınlar ixrac edəcək.

Bu barədə “AzeriDefence”ə Türkiyədə keçirilmiş İDEF-2019 sərgisində iştirak edən BMC şirkətindən məlumat verilib.

BMC-nin səlahiyyətli şəxsləri Azərbaycandan alınmış sifarişin sayı və sifariş verilən zirehli maşınların modelləri barədə açıqlama verməyiblər.

 

Maşınların sifarişçisi Azərbaycanın güc strukturlarından biridir.

Qeyd edək ki, hazırda Azərbaycan Ordusunda BMC şirkətinin 4×4 və 6×6 təkər formullu yük maşınları istifadə olunur.

BMC-nin minaya qarşı qorumalı nəqliyyat vasitələrinə “Kirpi”, “Amazon”, “Vuran” kimi modellər daxildir.

Xatırladaq ki, ötən ilin sonlarında BMC Bakı Nəqliyyat Agentliyi ilə də 300 ədəd avtobusun alqı-satqısına dair müqavilə bağlayıb.



Redaktorun seçimi