Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Hit: 278
Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Mərkəzi Bank uçot dərəcəsinin 9 faizdən 8,75 faizə endirilməsi haqqında qərar qəbul edib. 

Bununla bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında məlumat verib. 

Onun sözlərinə görə, qərar Mərkəzi Bankın İdarə Heyətinin iclasında qəbul edilib. 

E.Rüstəmov qeyd edib ki, faiz dəhlizinin yuxarı həddi 10,75%, aşağı həddi isə 6,75% səviyyəsində müəyyən olunub.

O əlavə edib ki, bu qərarı qəbul edərkən Mərkəzi Bank həm ölkədə gedən markoiqtisadi prosesləri, həm də əlverişli xarici mühiti nəzərə alıb.









Redaktorun seçimi