Azərbaycanın strateji valyuta ehtiyatları artıb

Hit: 310
Azərbaycanın strateji valyuta ehtiyatları artıb
2019-cu ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 4.1% artaraq, 46.6 mlrd. dollara çatıb.
 
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, tədiyə balansının profisitlə formalaşdığını göstərir. 
 
Xarici mühit əlverişli olaraq qalır. Yanvar-fevral aylarında xarici ticarət balansında 986,3 mln. dollar məbləğində müsbət saldo yaranıb. İxrac 42,6%, o cümlədən qeyri-neft ixracı 16,4% artıb.
 
“Son aylarda dünya bazarlarında əmtəə qiymətləri artım meyilli olub. 2019-cu ilin yanvar-fevral aylarında neftin dünya qiyməti orta hesabla $62 təşkil edib. Neftin qiyməti ilin əvvəlindən 26% artıb. Dünya ərzaq qiymətləri indeksi yanvar-fevral ayları ərzində 3,4% yüksəlsə də, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% aşağıdır”, - deyə bankdan qeyd ediblər.
 
Qeyd edək ki, 2019-cu ilin yanvar-fevral aylarında neftin dünya qiyməti orta hesabla 62 ABŞ dolları təşkil edib. Neftin qiyməti ilin əvvəlindən 26% (14 ABŞ dolları) artıb.
 
Məlumat üçün əlavə edək ki, 2018-ci ilin sonuna Azərbaycanın valyuta ehtiyatları 44,9 mlrd. dollar təşkil edib.
 
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.  








Redaktorun seçimi