Gürcüstan ötən ay Azərbaycandan 5 milyon dollarlıq neft məhsulları idxal edib

Hit: 343
Gürcüstan ötən ay Azərbaycandan 5 milyon dollarlıq neft məhsulları idxal edib

Gürcüstan yanvarda Azərbaycandan 4 milyon 739,7 min dollarlıq neft və neft məhsulları idxal edib.

Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin yaydığı hesabatda deyilir. Bildirilir ki, Azərbaycandan idxal olunan neft və neft məhsullarının ümumi həcmi 9 milyon 322,2 ton olub.

2018-ci ilin yanvarında Azərbaycandan qonşu ölkəyə dəyəri 5 milyon 701,9 min dollar olmaqla 9 milyon 678,7 ton neft və neft məhsulları göndərilib.









Redaktorun seçimi