Azərbaycan nefti bahalaşır

Hit: 308
Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68,06 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,9 dollar/barel çoxdur.

Faktor.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 63,7 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,8 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 65,79 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 1,9 dollar/barel çoxdur.









Redaktorun seçimi