Sumqayıtda 50 kilometr yola asfalt döşənəcək - Bu il

Hit: 254
Sumqayıtda 50 kilometr yola asfalt döşənəcək - Bu il

Son 3 il ərzində Sumqayıt şəhərində 2,8 milyon kvadratmetr əraziyə asfalt örtüyü döşənib. Şəhər icra hakimiyyəti tərəfindən hazırlanmış xüsusi proqrama əsasən, Sumqayıtın prospekt və küçələri, eləcə də təmirə ehtiyacı olan mikrorayon və məhəllədaxili yolları mərhələli şəkildə təmir olunur.

Faktor.az Azərtac-a istinadən xəbər verir ki, üç il ərzində Sumqayıt şəhərində ümumilikdə 37 prospekt və küçədə uzunluğu 85 kilometr olmaqla 1,3 milyon kvadratmetr əraziyə asfalt örtüyü döşənilib. Şəhərin 26 məhəllə və mikrorayon ərazisində isə ümumilikdə 1,5 milyon kvadratmetr əraziyə asfalt vurulub. Son illər Sumqayıt şəhərində mövcud yolların təmir olunması ilə yanaşı, yeni yollar da salınıb. Şəhər ərazisində uzunluğu 7 kilometr olan 4 yeni yol salınıb.

Məlumatda qeyd edilir ki, 2019-cu ildə də Sumqayıt şəhərində yol infrastrukturunun inkişafı ilə bağlı tədbirlər planı hazırlanıb. İl ərzində 50 kilometr uzunluğunda şəhərdaxili küçə və yolların, 1.5 milyon kvadratmetr məhəllədaxili ərazidə yeni asfalt örtüyünün salınması işləri nəzərdə tutulur.









Redaktorun seçimi