Ötən il Azərbaycanda ictimai iaşə dövriyyəsi 9% artıb

Hit: 206
Ötən il Azərbaycanda ictimai iaşə dövriyyəsi 9% artıb
2018-ci ildə Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2017-ci illə müqayisədə real ifadədə 8,9% artaraq 1 054,1 mln. manat olub.
 
 Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsi xəbər verir ki, ötən il ərzində dövriyyənin 99,6%-i qeyri-dövlət sektorunun müəssisələri hesabına formalaşıb.
 
Bu sektorda iaşə dövriyyəsinin 43%-i hüquqi şəxs statuslu müəssisələrin, 57%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.
 
Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci illə müqayisədə 12,9% artaraq 453,7 mln. manat təşkil edib.
 








Redaktorun seçimi