Nazir - Daha 200 şəhidin vərəsələrinə birdəfəlik ödəniş ediləcək

Hit: 280
Nazir - Daha 200 şəhidin vərəsələrinə birdəfəlik ödəniş ediləcək
Daha 200 şəhidin 300 vərəsəsinə birdəfəlik ödənişin verilməsinə dair qərar qəbul edilib.
 
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib. 
 
Onun sözlərinə görə, yanvar və fevral aylarında 661 şəhidin 954 vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib:
 
“Bu günə qədər ödəniş həyata keçirilən vərəsələrin sayı 5200-ə çatıb. Dünən komissiyanın keçirilən iclasında daha 200 şəhidin 300 vərəsəsinə birdəfəlik ödənişin edilməsinə dair qərar qəbul edilib. İlin sonuna 12268 şəhidin bütün vərəsələrinə bu vəsaitin ödənilməsi təmin ediləcək”. 
 
Sahil Babayev qeyd edib ki, artıq Daxili İşlər Nazirliyi tərəfindən şəhid polislərin siyahısı göndərilib:
 
“Onlar elektron sistemə daxil edilib. Vərəsələr birdəfəlik ödəmə ilə bağlı müraciət edə bilərlər”.








Redaktorun seçimi