Ölkədə qızıl və gümüşün qiyməti düşdü

Hit: 643
Ölkədə qızıl və gümüşün qiyməti düşdü

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Faktor.az Trend-ə istinadən bildirir ki, yanvarın 22-də qızılın qiyməti yanvarın 21-i ilə müqayisədə 6,273 manat azalaraq 1 unsiya üçün 2172,039 manat təşkil edib.

Gümüş 0,1911 manat ucuzlaşaraq 1 unsiya üçün 25,8324 manata bərabər olub.

Platinin qiyməti 16,1755 manat azalaraq 1343,3995 manat, palladiumun qiyməti isə 42,483 manat azalaraq 2310,249 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.









Redaktorun seçimi