Ölkənin qızıl-gümüş bazarı həftəyə ucuzlaşma ilə başladı

Hit: 249
Ölkənin qızıl-gümüş bazarı həftəyə ucuzlaşma ilə başladı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Faktor.az Trend-ə istinadən bildirir ki, yanvarın 14-də qızılın qiyməti yanvarın 11-i ilə müqayisədə 4,1225 manat azalaraq 1 unsiya üçün 2193,986 manat təşkil edib.

Gümüş 0,213 manat ucuzlaşaraq 1 unsiya üçün 26,4543 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 23,749 manat azalaraq 1374,671 manat, palladiumun qiyməti isə 35,5385 manat azalaraq 2233,4175 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.









Redaktorun seçimi