Qətər şirkəti Azərbaycan sahibkarlarına əməkdaşlıq təklif edib

Hit: 383
Qətər şirkəti Azərbaycan sahibkarlarına əməkdaşlıq təklif edib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

AZPROMO-dan bildiriblər ki, Qətərin daşınmaz əmlak sahəsində fəaliyyət göstərən "Qatar Diar" şirkəti Azərbaycanda fəaliyyət göstərən sahibkarlara və iş adamlarına əməkdaşlıq təklif edir. Şirkətdən AZPROMO-ya aşağıdakı istiqamətlərdə əməkdaşlıq təklifləri daxil olub: Azərbaycanda özəl sektorda mövcud olan və xarici investisiya tələb edən daşınmaz əmlak layihələri; Ölkəmizin dövlət və özəl tikinti şirkətlərinin "Qatar Diar" tərəfindən Qətər Dövlətində həyata keçirilən layihələrdə iştirakı.

Əməkdaşlıqda maraqlı olan sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.









Redaktorun seçimi