Azərbaycan neftlə bağlı vacib qərar verdi

Hit: 421
Azərbaycan neftlə bağlı vacib qərar verdi

OPEC və OPEC+ ölkələri neft hasilatını gələn il yanvarın 1-dən qüvvədə olmaqla altı ay müddətinə azaltmağa qərara alıblar.

Oxu.Az xəbər verir ki, bu barədə OPEC məlumat yayıb. 

Bildirilir ki, dekabrın 6-da Vyanada işə başlayan OPEC Nazirlər Şurasının 175-ci iclasında, həmçinin bu gün keçirilən OPEC və OPEC+ nazirlərinin beşinci görüşündə qərara alınıb  ki, 2019-cu il yanvarın 1-dən etibarən OPEC və OPEC+ üzrə neft hasilatının sutkada 1,2 milyon barel azaldılsın.

 

Bu həcmin sutkalıq 800 min barrelini azaltmağı OPEC, gündəlik 400 min barrelini azaltmağı isə OPEC+ ölkələri öz üzərinə götürüb. Neft istehsalı 6 aylıq müddətə azaldılıb, bu qərar gələn ilin aprelində yenidən nəzərdən keçiriləcək.

Oktyabr ayında gündəlik neft hasilatı 783 min barel olan Azərbaycan müvafiq hasilatın təxminən 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb. Beləliklə, Azərbaycan növbəti ildən gündəlik hasilatı 763 min barel həcmində saxlamalıdır. Rusiya isə gündəlik neft hasilatını 230 min barel azaldacaq. 

Bəyanatdan dərhal sonra neftin qiyməti bahalaşmağa başlayıb və 5% artımla 63.3 dollara yüksəlib. 









Redaktorun seçimi