Ölkənin qızıl-gümüş bazarında QİYMƏTLƏR ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Faktor.az Trend-ə istinadən bildirir ki, dekabrın 5-də qızılın qiyməti dekabrın 4-ü ilə müqayisədə 3,349 manat azalaraq 1 unsiya üçün 2099,364 manat təşkil edib.
Gümüş 0,0498 manat ucuzlaşaraq 1 unsiya üçün 24,5743 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 19,958 manat azalaraq 1347,845 manat, palladiumun qiyməti isə 24,1995 manat artaraq 2092,53 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.