Azərbaycan bu il kosmosdan nə qədər gəlir əldə edib? - İNFOQRAFİKA

40 dəfə oxunub
Azərbaycan bu il kosmosdan nə qədər gəlir əldə edib? - İNFOQRAFİKA

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin noyabr sayında bildirilib ki, 2018-ci ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətlərinin ixracından 22,4 milyon ABŞ dolları qazanıb. 

Oxu.Az xəbər verir ki, peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri dünyanın 23 ölkəsinə göstərilib.

 

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. 

2018-ci ilin oktyabr ayında isə “Azərkosmos” dünyanın 17 ölkəsinə 5,7 milyon ABŞ dolları dəyəri xidmət ixrac edib.



Redaktorun seçimi