Tramp ticarət müharibəsində qalib gələ bildimi? - ŞƏRH

235 dəfə oxunub
Tramp ticarət müharibəsində qalib gələ bildimi? - ŞƏRH

Trampın prezidentliyi dünyanı ciddi şəkildə silkləmiş oldu. Onun  prezidentliyinin ilk günlərindən Çini, Rusiyanı, AB-ni hədəf alması dünyada böyük səs-küy yaratdı.

Bəs ticarət müharibəsində nəyə nail oldu?

"Tramp Çin iqtisadiyyatı ilə ticarət müharibəsində uddu... Bəli, bu dəqiqdir... Qaldı, neftin qiyməti". - Belə hesab edir İqtisadçı ekspert Pərviz Heydərov.

O bildirir ki, Tramp üçün neftin qiymətinin əslində, 50 dollar civarında olmağı daha sərfəlidir: "Ancaq, bir sıra siyasi ambisiyalara görə, ABŞ prezidenti qiymətin bundan da aşağı olmasını istəyər... Buna Amerika prezidentinin nail olub, ola bilməyəcəyini deyə bilmərəm. Amma Donald Tramp çox ağıllı adamdır - bunu, dəqiq deyə bilərəm. Onun əlində növbəti "Kaşıkçı faciəsi" kimi hadisə tapmaq, o qədər də çətin deyil".

Faktor.az 

 



Redaktorun seçimi