PROQNOZ: Tütün məmulatlarının istehsalı artacaq

136 dəfə oxunub
PROQNOZ: Tütün məmulatlarının istehsalı artacaq

2018-ci ildə Azərbaycanda 62,7 milyon manat həcmində tütün məmulatlarının istehsalı gözlənilir.

Faktor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə 2019-cu və növbəti üç il ərzində Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyası və proqnoz göstəricilərində deyilir.

Proqnozlara əsasən, növbəti illərdə tütün məmulatlarının istehsalı artacaq. Belə ki, 2019-cu ildə bu göstəricinin 76,9 milyon manat, 2020-ci ildə 94,4 milyon manat, 2021-ci ildə 115,7 milyon manat, 2022-ci ildə isə 141,7 milyon manat olacağı gözlənilir.



Redaktorun seçimi