Azərbaycan nefti kəskin bahalaşıb

139 dəfə oxunub
Azərbaycan nefti kəskin bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,88 dollar və yaxud 3,07% artıb.

Faktor.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,13 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.



Redaktorun seçimi