Azərbaycan nefti ucuzlaşıb

Hit: 279
Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 19-da 67,94 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,91 dollar/barel azdır.

Faktor.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 19-da 66,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,97 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 19-da 62,56 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 3,91 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 19-da 64,47 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,11 dollar/barel azdır.









Redaktorun seçimi