Qızıl-gümüş bazarında bahalaşma

Hit: 387
Qızıl-gümüş bazarında bahalaşma

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Faktor.az Trend-ə istinadən bildirir ki, noyabrın 19-da qızılın qiyməti noyabrın 16-ı ilə müqayisədə 7,208 manat artaraq 1 unsiya üçün 2073,6345 manat təşkil edib.

Gümüş 0,0933 manat bahalaşaraq 1 unsiya üçün 24,4446 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 0,918 manat artaraq 1435,531 manat, palladiumun qiyməti isə 43,1375 manat artaraq 2010,8875 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.









Redaktorun seçimi