Avtomobillərin gömrük pulu artırılır – KƏSKİN BAHALAŞMA - FOTOLAR

Hit: 2079
Avtomobillərin gömrük pulu artırılır – KƏSKİN BAHALAŞMA - FOTOLAR

Avtomobilin mühərrik həcmi, istehsal tarixi və ölkəsindən aılı olaraq gömrük üsumu tətbiq edilir.

Gələn ildən etibarən xaricdən Azərbaycana gətirilən avtomobillərin qiymətində kəskin artım olacaq. Bu Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərdə nəzərdə tutulub. Məcəlləyə əsasən, 2019-cu ildən etibarən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılır.

Məlumat üçün deyək ki, hazırda ölkəyə gətirilən avtomobillərdən bir neçə vergi rüsum tutulur.

Belə ki, avtomobilin gömrükdəyərinə (yəni xaricdən alındığı qiymət və onu ölkəyə gətirmək üçün xərclənən məbləğin cəmi) 36% ƏDV hesablanır. 

Bundan başqa, avtomobilin mühərrik həcmi, istehsal tarixi və ölkəsindən aılı olaraq gömrük üsumu tətbiq edilir

Nəhayət, avtomobilin mühərrik həcmindən asıl olaraq ona aksiz vergsi hesablanır. Müşahidələr də göstərir ki, bu gün xaricdən  gətirilən avtomobillər üçün göükdə ödənilən vəsaitlərin böyük hisəsi məhz aksiz vergisinə sərf edilir.

Gələn ildən isə aksizlər daha da artırılacaq. FED.az bildiriri ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, aksiz vergisinin dərəcəsinin bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur.  Ən aşağı aksiz dərəcəsi mühərrikinin həcmi 2 litrə qədər olan avtomobillərdədir. Bu göstərici 1 kubsantimetr üçün 20 qəpikdən 30 qəpiyə qaldırılıb. Ən yüksək aksiz dərəcəsi isə mühərrikinin həcmi 5 litrdən artıq olanlardadır. Belə avtomobillərdə 1 kubsantimetr üçün vergi 40 manatdan 70 manata qaldırılıb. Dəyişikliklər daha ətraflı aşağıdakı cədvəldə göstərilib:

 

 

FED.az xəbər verir ki, bu dəyişikliklər ölkəyə gətirilən avtomobillərə görə ödənilən aksiz vergisinin məbləğinin kəskn yüksəlməsinə səbəb olacaq. Mühərriki kiçik avtomobillərlə bu fərq nisbətən kiçik olsa da, daha böyük mühərrik həcminə malik avtomobillər üçün aksiz vergisinin məbləği 10 minlərlə manat artacaq. Bu isə son nəticədə xaricdən gətirilən avtomobillərin bahalaşası ilə nəticələnəcək.

 

Qeyd edilən dəyişikliklər qəbul edilsə minik avtomobilləri üçün aksiz vergisi belə dəyişəcək:

 









Redaktorun seçimi