Həftəsonu ölkənin qızıl-gümüş bazarı yenə bahalaşdı

Hit: 263
Həftəsonu ölkənin qızıl-gümüş bazarı yenə bahalaşdı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Faktor.az Trend-ə istinadən bildirir ki, noyabrın 2-də qızılın qiyməti noyabrın 1-i ilə müqayisədə 28,271 manat artaraq 1 unsiya üçün 2096,6865 manat təşkil edib.

Gümüş 0,6028 manat bahalaşaraq 1 unsiya üçün 25,0581 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 56,0575 manat artaraq 1472,608 manat, palladiumun qiyməti isə 30,753 manat artaraq 1869,1755 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.









Redaktorun seçimi