Azərbaycan neftinin SON QİYMƏTİ

Hit: 451
Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 77,37 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,22 dollar/barel azdır.

Faktor.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 30-da 76,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,23 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 30-da 73,07 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,26 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 30-da 75,84 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2 dollar/barel azdır.









Redaktorun seçimi