Azərbaycanda hər il əmək bazarına 100 mindən artıq gənc daxil olur

Hit: 172
Azərbaycanda hər il əmək bazarına 100 mindən artıq gənc daxil olur

Azərbaycanda hər il əmək bazarına 100 mindən artıq gənc daxil olur.

Faktor.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycanda gender əsaslı cinsi seçimin (GƏCS) qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planının" layihə sənədinin təqdimatında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

 

Nazirin sözlərinə görə, Azərbaycanda əhalinin 25,4 faizi 14-29 yaşlı gənclərdir. Azərbaycan əhalisinin gənc olması çox müsbət haldır: "Amma bu, özlüyündə çağırışlar da yaradır. Bu çağırışlardan da ən əsası məşğulluq məsələsidir. Hər il əmək bazarında 100 mindən artıq azərbaycanlı gənc daxil olur. Bu gənclərin məşğulluq məsələsinin həll edilməsi, onların əmək bazarının tələbələrinə cavab verməsi, ixtisaslaşdırılmış kadrların yetişdirilməsi də Azərbaycan hökumətinin əsas məqsədlərindəndir".
S.Babayev qeyd edib ki, Azərbaycanda ömür uzunluğu da uzanır. Ölkədə qadınlar üçün gözlənilən orta ömür həddi 78, kişilər üçün 73 yaşdan çoxdur.
Nazir hesab edir ki, ölkə iqtisadiyyatı inkişaf etdikcə, sosial təminat məsələləri həll edildikcə insanların ömür uzunluğu da artır.
S.Babayev onu da əlavə edib ki, b ioloji normaya görə, yenidoğulanlar arasında cins tərkibi 100 qadına 105-107 kişi düşdüyü halda, Azərbaycanda müəyyən dövrdə hətta 100 qadına 118 kişi düşüb. Amma aparılan işlər nəticəsində bu nisbət azalaraq 118-dən 114-ə düşüb. Biz bu göstəricinin bioloji normaya daha da yaxınlaşdırmaq üçün işlər görməliyik".
S.Babayev deyib ki, Azərbaycanda əhalinin tərkibinə baxdıqda hər 1000 kişiyə 1004 qadın düşür:= Bu da hələlik Azərbaycanda demoqrafik balansın qorunduğunu göstərir. Lakin gələcəkdə bioloji normaya yaxınlaşmaq üçün görüləcək tədbirlər cins nisbətinin pozulmaması üçün böyük əhəmiyyət kəsb edəcək".









Redaktorun seçimi