Ölkənin qızıl-gümüş bazarında QİYMƏTLƏR ARTIR

Hit: 650
Ölkənin qızıl-gümüş bazarında QİYMƏTLƏR ARTIR

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Faktor.az Trend-ə istinadən bildirir ki, oktyabrın 16-da qızılın qiyməti oktyabrın 15-i ilə müqayisədə 6,5875 manat artaraq 1 unsiya üçün 2084,217 manat təşkil edib.

Gümüş 0,0557 manat bahalaşaraq 1 unsiya üçün 24,94 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 0,6205 manat artaraq 1431,451 manat, palladiumun qiyməti isə 22,729 manat artaraq 1845,0525 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.









Redaktorun seçimi