“Qazprom” və SOCAR Azərbaycana qaz tədarükünü müzakirə edib

57 dəfə oxunub
“Qazprom” və SOCAR Azərbaycana qaz tədarükünü müzakirə edib
Rusiyanın "Qazprom" şirkəti ilə SOCAR Azərbaycana təbii qaz tədarükünü müzakirə edib. Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Qazprom" məlumat yayıb. Məlumatda bildirilir ki, bununla bağlı SOCAR prezidenti Rövnəq Abdullayev və "Qazprom"un idarə heyətinin sədri Aleksey Millerin Sankt-Peterburqdakı görüşündə müzakirə aparılıb: "Qeyd edilib ki, qaz nəqli bərpa edilən vaxtdan - 2017-ci il noyabrın 22-dən indiyə qədər "Qazprom" Azərbaycana 1,15 milyard kubmetr qaz tədarük edib. Tərəflər bu istiqamətdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər".



Redaktorun seçimi