ABŞ birjası çökdü

32 dəfə oxunub
ABŞ birjası çökdü

ABŞ-ın 10 illik istiqrazının faizinin 3.23%-ə yüksəlməsi və Çinlə davam edən “ticarət müharibəsi”nə dair narahatlıqların yenidən artması nəticəsində ABŞ şirkətlərinin səhmlərində böyük ucuzlaşma baş verib. 

Oxu.Az xəbər verir ki, Nyu-York birjası son dövrlərin ən pis əməliyyat gününü keçirib, Nasdaq Texnologiya İndeksi 4%-dən çox düşərək son iki ilin, “Dow Jones” və “Standard & Poor's 500” indeksləri isə müvafiq olaraq 3,15 faiz və 3,29 faiz düşərək, son səkkiz ayın ən böyük itkilərini veriblər.



Redaktorun seçimi