Ölkənin qızıl-gümüş bazarında ucuzlaşma var

119 dəfə oxunub
Ölkənin qızıl-gümüş bazarında ucuzlaşma var

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Faktor.az Trend-ə istinadən bildirir ki, oktyabrın 9-da qızılın qiyməti oktyabrın 8 ilə müqayisədə 10,0554 manat azalaraq 1 unsiya üçün 2025,261 manat təşkil edib.

Gümüş 0,1415 manat ucuzlaşaraq 1 unsiya üçün 24,5072 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 12,4865 manat artaraq 1404,625 manat, palladiumun qiyməti isə 15,4445 manat artaraq 1832,362 manat təşkil edib.



Redaktorun seçimi