Azərbaycanın bu məşhur məmuru 65 min manat maaş alır - Amma... - FOTOLAR

827 dəfə oxunub
Azərbaycanın bu məşhur məmuru 65 min manat maaş alır - Amma... - FOTOLAR
Deputat Vahid Əhmədov parlamentin bu gün keçiriləın iclasında  Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş Direktorlar Şurasının sədri Rüfət Aslanlını sərt tənqid edib.
 
Faktor.az  "Qafqazinfo”ya istinadən xəbər verir ki, iclasda çıxış edən deputat qeyd edib ki, bu yaxınlarda cənab prezidentin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Platasının Direktorlar Şurası ləğv edildi:
 
"Vaxtında biz palata ilə bağlı məsələləri qaldıranda bəzi deputatlar əleyhimizə çıxış etdilər.
 
Biz haqlı idik. Bu Palata iki ildir ki fəaliyət göstərir. Ancaq  son 6 ayda fəaliyyətində dirçəlmə baş verdi. Bu da İbrahim Alişovla bağlıdır. Elə vaxt olur ki, həftədə iki -üç dəfə İbrahimlə danışıram. Müəyyən məsələləri müzakirə edə bilirik. Rəhbərlikdə normal insan olanda danışmaq olur. Yoxsa gedib o birisi kimi (Rüfət Aslanlı) öz adına çaxır buraxasan. Üstünə adını yazdırasan. 65 min manat maaşı da özün alasan. Bu harda görülüb ki? Normal adam olsa, normal işləyər”.



Redaktorun seçimi